Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Mingəçevirdə yaşayan goruslularla görüş keçirilmişdir

Mingəçevirdə yaşayan goruslularla görüş keçirilmişdir

Mingəçevirdə yaşayan goruslularla görüş keçirilmişdir
2024-08-19 , 16:12

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə çap edilmiş  "Qərbi Azərbaycan şəhidləri" adlı kitab, 17 avqust 2024-cü il tarixdə əslən Gorus rayonundan olan şəhid Niftəliyev Azər Bayram oğlunun və Tahirov Rəhim Əvəz oğlunun Mingəçevir şəhərində yaşayan ailə üzvlərinə  təqdim edilmişdir. 
Belə ki,  Gorus rayon icmasının təşkilatçılığı və Qərbi Azərbaycan İcmasının Mingəçevir şəhər nümayəndəliyinin dəstəyi ilə Mingəçevir Dövlət Universitetində bu şəhərdə yaşayan Goruslularla görüş  keçirilmişdir.
Tədbirdə Gorus rayon Şahverdilər kənd sakinləri,  icma üzvləri, şəhid ailələri və  Qərbi Azərbaycan İcmasının Mingəçevir şəhəri üzrə nümayəndəsi Mayıl İsmayılov iştirak etmişlər.
Tədbirdə Gorus rayon icmasının sədri Etibar Həsənov iştirakçıları İcmanın İdarə Heyətinin sədri cənab Əziz Ələkbərlinin adından salamlayaraq iştirakçıların nəzərinə çatdırmışdır ki,  "Qərbi Azərbaycan İcması fəaliyyətə başladığı 2022 ci ildən etibarən  Qayıdış konsepsiyası çərçivəsində həm ölkə daxilində həm beynəlxalq hüquq müstəvisində təliğat təşviqat xarakterli bir çox böyük layihələrə imza atmışdır. Şəhidlər haqqında kitabın çapı da bu layihələrdən biridir.
Vətən uğurunda gedən döyüşlərdə qəhrəmancasına   həlak olaraq şəhidlik zirvəsinə ucalmış və sağlamlığını müxtəlif dərəcədə itirmiş əslən Qərbi Azərbaycandan olan soydaşlarımızın sayı yüzlərlədir və şəhid və qazilərimizin göstərdikləri sücaəti işırlandırmaq, onların adlarını əbədiləşdirmək bizlərin mənəvi borcumuzdur.
Odurki bu kitabın ərsəyə gəlməsində zəhməti keçən hər bir ellimizə bir daha dərin təşəkkürümüzü bildiririk"
İcma sədri onu da bildirmişdir ki, "Qərbi Azərbaycan şəhidlərinə hərs edilmiş kitabın 1-ci cildində Gorus rayonundan 10 nəfər şəhidimiz haqda məlumat yer almışdır. 1-ci cildə adları qeyd edilməyən əslən Gorus rayonundan olan şəhidlərimiz haqqında hal hazırda məlumatlar toplanaraq İcmayə təqdim edilmiş və istiqamətdə iş davam etməkdədir.  Bu məlumatlar kitabın 2-ci cildində yer alacaqdır.
Daha sonra tədbirdə iştirak edən şəhid ailələrinə kitablar təqdim edilmiş, onlara icma adından təşəkkür edilmişdir. 
 Tədbirin gedişatında həmçinin Qərbi Azərbaycan İcması Mingəçevir nümayəndəsi Mayıl İsmayılov QAİ-nın fəaliyyəti və şəhərdə nümayəndəliyin yaranması barədə ümumi məlumat verərək əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd etmişdir.
Tədbir iştirakçılarınında təşəbbüsü ilə Gorus rayonu Şahverdilər kənd sakini Eyvaz Tahirov həmin kəndin icmasına sədr müavini təyin edilmiş, rayon icma sədri Etibar Həsənov Eyvaz Tahirovun Mingəçevir şəhərində yaşayan Gorus camaatı və Qərbi Azərbaycan İcmasının Mingəçevir şəhər nümayəndəsi ilə əlaqələrin qurulmasında, həmçinin 17 avqust tədbirinin təşkilində xüsusi xidmətinin olmasını vurğulayaraq, bundan sonra da Gorus rayon icmasının fəaliyyətinə dəstək verəcəyini və QAİ-nın şəhər nümayəndəliyinin tədirlərində iştirak etməklə, Gorus camaatını bu nümayəndəlikdə layiqincə təmsil edəcəyinə ümid etdiyini bildirmişdir.
 Rayon icma sədri indiyədək görülən işlər və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə iştirakçılara məlumat verərək, Mingəçevir şəhərində yaşayan Gorusluları ata yurda  Qayıdış konsepsiyasının icrası üzrə tədbirlərdə fəal olmağa çağırmış və yurda qayıdış naminə hər kəsin eyni məqsəd uğrunda bir yumruq kimi birləşməsinin zəruri olmasını qeyd etmişdir.
 Həmçinin icma  üzvləri Eyvaz Tahirovun, Yaşar Rzayevin, Təvəkkül Məmmədovun, Anar Tahirovun və digər iştirakçıların səmərəli təklifləri dinlənilmiş, müzakirə edilmiş və suallar cavablandırılmış, şəhid ailə üzvləri Təranə Niftəliyeva və Kəmalə Tahirova şəhidlər haqqında kitabın ərsəyə gəlməsinə görə Qərbi Azərbaycan İcması  rəhbərliyinə təşəkkür etdiklərini bildirmiş və Milli Məclisin üzvlüyünə namizəd hörmətli Əziz Ələkbərliyə uğurlar arzulamışlar.
 Tədbirin sonunda Gorus camaatı, şəhid ailə üzvləri və icma sədri ilə birlikdə xatirə fotosu çəkilmişdir.
















Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.