Sumqayıt 1 saylı Mediasiya Təşkilatının kollektivi "Dünya Vəkil Cübbələri və Atributları" sərgisində iştirak edib

Azərbaycan Respublikası Mediasiya Şurası Sumqayıt 1 saylı Mediasiya Təşkilatının rəhbəri Etibar Hasanov, mediatorlar və təşkilatın digər əməkdaşları 27 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK), Sumqayıt Regional Vəkil Bürosu, “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun birgə təşkilatçılığı ilə 28 dekabr – Vəkil Günü peşə bayramı münasibətilə və Sumqayıt şəhərinin 75 illiyinə həsr olunan "Dünya Vəkil Cübbələri və Atributları" sərgisində iştirak etmiş, iştirakçılar sərgidə nümayiş etdirilən maraqlı cübbələr və atributlarla tanış olmuşlar.
Sərginin təşkilatçılarından olan Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlı iştirakçılara sərgi haqqında ətraflı məlumat vermişdir.



OXŞAR XƏBƏRLƏR