Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Rövşən Rzayev 44 min AZN-ə bir zal icarəyə götürüb tədbir keçirmək istəyir — 10 manatlıq qalib şirkətin sahibi görün kimdir

Rövşən Rzayev 44 min AZN-ə bir zal icarəyə götürüb tədbir keçirmək istəyir — 10 manatlıq qalib şirkətin sahibi görün kimdir

Rövşən Rzayev 44 min AZN-ə bir zal icarəyə götürüb tədbir keçirmək istəyir — 10 manatlıq qalib şirkətin sahibi görün kimdir
2024-12-30 , 01:41

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tədbirin təşkili və keçirilməsi ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.


Yenilik.az-ın 32gun.az-a istinadən məlumatına görə, müsabiqənin qalibi "FACEMARK" MMC olub.

Tərəflər arasında 43.730,8 AZN-lik müqavilə bağlanacağı gözlənilir.

Müsabiqəyə əsasən Komitəyə Zalın və foyenin icarə haqqı(1), Kofe breyk, Brandwall(1), qələm, qovluq və s alınmalıdır.

Bildirək ki, "Facemark" MMC-nin qanuni təmsilçisi Nigar Həsənova Rövşən Qızıdır, nizamnamə kapitalı 10 AZN-dir.

Xatırldaq ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevdir. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.