Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik etdi

Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik etdi

Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik etdi
2023-11-08 , 15:59

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü və Bayraq Günü münasibətilə təbrik məktubu göndərib.

Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan hökumətinə və xalqına davamlı tərəqqi və firavanlıq arzulayıb.
Vəliəhd şahzadə və Baş nazir Məhəmməd bin Salman Əl Səud da Zəfər Günü və Bayraq Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib. O, İlham Əliyevə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan hökumətinə və xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.