Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Prezident İlham Əliyevin Ankarada rəsmi qarşılanma mərasimi olub

Prezident İlham Əliyevin Ankarada rəsmi qarşılanma mərasimi olub

Prezident İlham Əliyevin Ankarada rəsmi qarşılanma mərasimi olub
2024-02-19 , 16:30

Fevralın 19-da Türkiyə Respublikası Prezidentinin Sarayında - Külliyedə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

 
Yenilik.az xəbər verir ki, Azərbaycan dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
 
Azərbaycan Prezidenti İlham Əliyevi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.
 
Hərbi orkestrin ifasında Azərbaycanın və Türkiyənin Dövlət himnləri səslənib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.