Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Ərdoğan İlham Əliyevi doğum günü münasibəti ilə təbrik etdi

Ərdoğan İlham Əliyevi doğum günü münasibəti ilə təbrik etdi

Ərdoğan İlham Əliyevi doğum günü münasibəti ilə təbrik etdi
2025-12-24 , 15:55

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

Yenilik.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran bildirib.
O deyib ki, iki Prezident arasında telefon danışığı baş tutub:
"Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı Türkiyə ilə Azərbaycanın ticarət başda olmaqla bütün sahələrdə əməkdaşlıq çərçivəsində qarşıya qoyulan hədəflərə çatmaq üçün fəaliyyətlərini davam etdirdiyini bildirib.
O, Azərbaycanla Ermənistan arasında sülh prosesində irəliləyişdən məmnunluq duyduqlarını və bu prosesi dəstəklədiklərini qeyd edib.
Prezident, həmçinin Azərbaycan lideri İlham Əliyevin doğum gününü və Yeni ilini təbrik edib".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.