Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » İlham Əliyevdən qonşu ölkələrə ÇAĞIRIŞ: "Məsuliyyətli olun, çalışın münasibətləri normallaşdırasınız"

İlham Əliyevdən qonşu ölkələrə ÇAĞIRIŞ: "Məsuliyyətli olun, çalışın münasibətləri normallaşdırasınız"

İlham Əliyevdən qonşu ölkələrə ÇAĞIRIŞ:
2026-07-13 , 12:25

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında çıxışı zamanı regionda baş verən münaqişədən (İran-ABŞ - red.) danışıb və qonşu ölkələrə səslənib.

 
Yenilik.az xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Mən buradan qonşularımıza səslənirəm ki, məsuliyyətli olun, buna tezliklə son qoyun və çalışın tezliklə münasibətləri normallaşdırasınız. Bu proses eskalasiyaya, qlobal münaqişəyə çevrilə bilməz. Bu, çox böyük bir təhlükədir".
 
Prezident İlham Əliyev, həmçinin Pakistandan olan dostlarımızın vasitəçiliyi nəticəsində bu qarşıdurmaya son qoyulacağına ümidvarlığını ifadə edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.