Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » Respublika Pediatriya Mərkəzinin tabeliyində hansı müəssisələr var?

Respublika Pediatriya Mərkəzinin tabeliyində hansı müəssisələr var?

Respublika Pediatriya Mərkəzinin tabeliyində hansı müəssisələr var?
2024-05-30 , 12:30

Respublika Pediatriya Mərkəzi TƏBİB-in Müşahidə Şurasının qərarı və TƏBİB-in əmri ilə 6 aprel 2024-cü ildə 8 xəstəxanananın birləşməsi ilə yaradılıb.


Mərkəzin yaradılmasında əsas məqsəd pediatrik xidmətin təkmilləşdirilməsi, multidisiplinar yanaşmanın təmini, pediatrik tibbi xidmətin asan əlçatanlığının təmin edilməsi, modern tibbi müayinə və müalicə metodlarının tətbiq edilməsidir. 

Respublika Pediatriya Mərkəzinin nəzdində Qarayev Uşaq Klinik Xəstəxanası, Uşaq Bərpa Mərkəzi, Nərimanov Uşaq Klinik Xəstəxanası, Nərimanov Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, Yasamal Uşaq Klinik Xəstəxanası, Uşaq Nevroloji Xəstəxanası, Sabunçu Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, Nizami Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası fəaliyyət göstərir.

#RespublikaPediatriyaMərkəzi

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.