Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » Bu meyvələr beyni daim sağlam saxlayır

Bu meyvələr beyni daim sağlam saxlayır

Bu meyvələr beyni daim sağlam saxlayır
2024-08-12 , 13:59

Aparılan elmi araşdırmalar qidalanma və beyin sağlamlığı arasında əlaqəni danılmaz edib. Çoxlu tədqiqatlar göstərir ki, meyvələr, tərəvəzlər, bitki zülalları və balıqlarla zəngin bir pəhriz demensiya riskini azaldır.
Meyvələr antioksidantlardan əlavə, beynin özünü qidalandırması üçün lazım olan digər faydalı maddələri, xüsusən də karbohidratları özündə ehtiva edir.
Beyin üçün faydalı meyvələr sırasında qaragilə və üzüm var ki, bunlar da antioksidant mənbəyidir. Araşdırmalar qırmızı üzümün daimi qəbul edilməsinin beyinin fəaliyyətini gücləndirdiyini göstərir.
Eyni zamanda, gündə bir banan yeməyin beyin üçün faydalı olduğu bildirilir - bu, həm də bağırsaqlar üçün faydalıdır.
Sitrus meyvələri də beyin üçün faydalıdır. Məsələn, portağallarda çoxlu C vitamini var ki, bu da təcrübədən göründüyü kimi yaddaşı yaxşılaşdırmağa kömək edir.//Metbuat.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.