Yenilik.Az
www.Yenilik.Az » Şikayət » “Electric Auto” səkini zəbt etdi – Sakinlərdən NARAZILIQ

“Electric Auto” səkini zəbt etdi – Sakinlərdən NARAZILIQ

“Electric Auto” səkini zəbt etdi – Sakinlərdən NARAZILIQ
2025-12-23 , 08:11

Xətai rayonu, Babək prospektində "Electric Auto" adı altında fəaliyyət göstərən avtosalon piyadalar üçün nəzərdə tutulan səkini zəbt edib.

Avtosalona məxsus maşınlar piyada səkisinin üzərinə park edilib. Bu isə sakinlərin sərbəst şəkildə hərəkətinə mane olur. Həmçinin onları avtomobil yoluna çıxmağa vadar edir ki, bu da təhlükəsizlik baxımından ciddi risk yaradır.
Sakinlər bununla bağlı narazılıqlarını  bölüşüblər.
"Hər gün bu ərazidə təhlükəli hadisələr baş verir. Buradan keçmək mümkün deyil", - vətəndaşlardan biri söyləyib.
Digər bir sakin isə qeyd edib: "Maşınlar hərəkət etməyimizə çətinlik yaradır. Yolu keçə, mağazaya gedə bilmirik. Burada vəziyyət gərgindir".(Baku TV)
Daha ətraflı videomaterialda:



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.