Yenilik.Az
www.Yenilik.Az » Şikayət » “Yağmur” su firmasının suyundan milçək çıxdı – Video

“Yağmur” su firmasının suyundan milçək çıxdı – Video

“Yağmur” su firmasının suyundan milçək çıxdı – Video
2026-04-14 , 11:55

“Yağmur” su firmasının hazır qablaşdırılmış suyundan milçək çıxıb.

Tribuna.az xəbər verir ki, bu barədə jurnalist Esmira Cavadova sosial şəbəkə hesabında yazıb. O bildirib ki, qablaşdırılmış su çirklidir:
“Yaydan etibarən “Yağmur” su firmasından sifarişlə su gətirirlər. Əvvəllər üərində etiketi olan balonlarda təmiz su gəlirdi. Son günlərdə etiketsiz və qapaqları əvvəlkindən fərqli balonlarda zibilli su gətirirlər.
Bu həftə gətirdikləri su lap biabırçılıqdır. Çaynikdə suyun zibilli olması aydın görünür. Sonuncu balonun içində isə milçək üzür.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məsələni araşdırmalarını xahiş edirəm”.
Qarşı tərəfi dinləməyə hazırıq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.