Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Abşeron-Xızı Regional Təhsil İdarəsi məktəblilərinin növbəti uğuru

Abşeron-Xızı Regional Təhsil İdarəsi məktəblilərinin növbəti uğuru

Abşeron-Xızı Regional Təhsil İdarəsi məktəblilərinin növbəti uğuru
2025-01-16 , 22:18

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrindən 1697 şagird Respublika Fənn Olimpiadasının Yarımfinalına yüksəlib.


Bu barədə Yenilik.az-a Abşeron-Xızı Regional Təhsil İdarəsindən verilən məlumata görə, Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsində iştirak edən 5809 şagirddən 1697 nəfəri yarımfinal mərhələsində iştirak etmək hüququ əldə edib. RFO-nun Yarımfinal mərhələsində iştirak hüququ qazananların 1087 nəfəri Sumqayıt şəhərinin, 578 nəfəri Abşeron rayonunun, 32 nəfəri isə Xızı rayonunun məktəblərinin şagirdləridir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.