Deputat 200 balla universitetə qəbula qarşı
Ceyhun Məmmədov: “300 baldan aşağı nəticə göstərən abituriyentin universitetə qəbul olunması doğru deyil”
Tribunainfo.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bildirib ki, ali təhsil müəssisələrinə 1309 plan yeri artırılıb. Onun sözlərinə görə, qərar daha çox tələbənin universitet təhsili almağa şans əldə etməsinə imkan yaradacaq. Ekspertlərə görə, ən azı 5 min abituriyent öz arzularına çata biləcək. Bu isə o deməkdir ki, ballar ötən ilə nisbətən müəyyən qədər aşağı düşəcək. Bu, bütün ixtisasları əhatə etməyəcək, amma ümumilikdə 5 min nəfərin universiteti qazanması ümidverici haldır.
Millət vəkili Ceyhun Məmmədov “Yeni Müsavat”a deyib ki, qəbul ballarının aşağı salınması düzgün yanaşma hesab etmir: “Ümumilikdə, mən 200 balla tələbənin universitetə qəbul olunmasını doğru hesab etmirəm. Çünki belə tələbələr təhsil və tədris prosesində özlərini doğrultmurlar. Bu tendensiyaya artıq son qoymalıyıq. Bəzən cəmiyyət daxilində belə fikirlər səsləndirilir ki, guya qəbul prosesi asanlaşdırılmalıdır. Lakin qəbulu asanlaşdırmaq əslində qapını hər kəsin üzünə açmaq deməkdir. Hər bir tələbənin təhsil haqqı və dövlətin onun üzərində xərclədiyi vəsait var. Buna görə də hesab edirəm ki, balların aşağı salınması təcrübəsindən imtina edilməli, əksinə, keçid balları artırılmalıdır. 200 bal kolleclərə qəbul üçün uyğun ola bilər, lakin universitet üçün bu göstərici olduqca aşağıdır. Bunun mənfi təsirlərini və nəticələrini tədris prosesində də müşahidə edirik. Növbəti mərhələdə bu həddi mərhələli şəkildə artırmalı və minimum 250-300 bala çatdırmalıyıq. Ümumiyyətlə, 300 baldan aşağı nəticə göstərən abituriyentin universitetə qəbul olunması doğru deyil.
Hazırkı vəziyyətdə bir çox tələbə düşünür ki, 200 bal toplamaq o qədər də çətin deyil. Bu səbəbdən də ciddi şəkildə hazırlaşmağa ehtiyac duymur və nəticədə ali təhsil müəssisəsinə nisbətən asan yolla qəbul olunur. Biz bu təcrübəni nəzərə alaraq daha diqqətli və məsuliyyətli yanaşma sərgiləməliyik”.
Təhsil eksperti Kamran Əsədov bəzi ixtisaslar üzrə ali məktəblərə qəbul ballarının 200 civarında qalmasının cəmiyyətdə yanlış anlaşıldığını deyir: “Elə təqdim olunur ki, guya həmin ixtisaslar əmək bazarında əhəmiyyətsiz, sosial nüfuzu zəif və ya perspektivsiz sahələrdir. Halbuki ali təhsilin məqsədi təkcə yüksək bal toplamış abituriyentləri seçmək deyil, ölkənin gələcək sosial-iqtisadi inkişaf ehtiyaclarına cavab verəcək kadr potensialını formalaşdırmaqdır. Keçid balları yalnız tələbə seçimində tətbiq olunan texniki meyardır, ixtisasın strateji dəyərini və ya gələcək əmək bazarındakı əhəmiyyətini müəyyənləşdirmir”.
Kamran Əsədov qeyd edir ki, keçid ballarının aşağı olması bir neçə amillə bağlıdır: “Birincisi, abituriyentlərin bu sahələrə marağının az olması; ikincisi, cəmiyyətin ixtisaslar arasında verdiyi prestij fərqliliyi; üçüncüsü isə əmək bazarının bu sahələrə qarşı sərt və ya zəif tələbi. Məsələn, fizika müəllimliyi və ya kənd təsərrüfatı ixtisasları üzrə əməkhaqqı aşağı olduğundan, bu sahələr abituriyent üçün cəlbedici olmur. Lakin bu, ixtisasın dəyərini müəyyən etmir. Əksinə, bu aşağı maraq və tələb gələcəkdə həmin sahələrdə peşəkar çatışmazlığına səbəb ola bilər. Plan yerlərinin artırılması ilə paralel olaraq balların müəyyən sahələr üzrə aşağı düşəcəyi gözlənilir, bu isə bir tərəfdən ali təhsilin demokratikləşməsi (çoxlarının daxil ola bilməsi), digər tərəfdən isə keyfiyyət riskləri yarada bilər. Qəbul planı genişləndikcə, zəif hazırlıqlı abituriyentlərin də universitetlərə qəbul olması ehtimalı artır. Bu isə təhsil prosesində əlavə dəstək mexanizmlərinin – akademik yazı bacarığı, riyazi savadlılıq, universitetə adaptasiya proqramlarının tətbiqini zəruri edir”.
Ekspert dedi ki, ali təhsildə qəbul planının genişlənməsi qısa müddətdə sosial-iqtisadi baxımdan pozitiv görünə bilər: “Amma bu artım keyfiyyət, dayanıqlı maliyyələşmə və əmək bazarı uyğunluğu baxımından sistemli yanaşma tələb edir. Keçid ballarının aşağı olması ixtisasın əhəmiyyətsizliyindən yox, cəmiyyətin maraq meyarlarının qeyri-bərabərliyindən irəli gəlir. Ona görə də təhsil siyasəti bu ixtisaslara olan tələbi artırmaq üçün tələbə təqaüdləri, məzun məşğulluq zəmanətləri və peşə nüfuzu proqramları kimi təşviqlər tətbiq etməlidir. Əgər bu sahələrdə strateji planlaşdırma aparılarsa, həm keyfiyyətli insan kapitalı formalaşar, həm də ali təhsilin əmək bazarına real töhfəsi artar. Əks halda, aşağı balla daxil olan minlərlə tələbə son nəticədə nə ali təhsil diplomunun real dəyərini hiss edəcək, nə də əmək bazarında möhkəmlənə biləcək. Təhsil strategiyasının mərkəzində isə rəqəmlər deyil, insan olmalıdır.
Digər tərəfdən, keçid balı aşağı olan sahələrə dövlət sifarişi ilə qəbul imkanı yaradılması mühüm müsbət addımdır. Bu, az maraq göstərilən, amma ölkə üçün strateji əhəmiyyət kəsb edən sahələrə mütəxəssis cəlb etməyə xidmət edir. Məsələn, kənd təsərrüfatı mühəndisliyi, elektroenergetika, texniki müəllimlik, bədən tərbiyəsi və idman, ilahiyyat və məktəbəqədər təhsil ixtisasları əmək bazarında gələcəkdə kəskin kadr çatışmazlığı ilə üzləşə biləcək sahələrdir. Əgər bu istiqamətlərdə plan yerləri ayrılmasa və aşağı bal toplayan abituriyentlərə belə imkan verilməsə, həmin sahələrdə, ümumiyyətlə, peşəkar olmayacaq”.
OXŞAR XƏBƏRLƏR

Prezidentin rəsmi qarşılanma mərasimindən – Fotolar
Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında – FOTOLAR
Prezident Kəngərli sakinləri ilə görüşdü – Fotolar
149 saylı məktəbdə pul yığılması təsdiqləndi: Valideynlər üsyan edir….. -FOTOFAKTLAR
İlham Əliyev “Talıstan” liseyinin binasının açılışında iştirak edib-Yenilənib (Fotolar)
Misir Mərdanovdan nazirə çağırış – “Uşaqları “şikəst” edirsiniz…”
Prezident “Gülüstan” sarayında iclasda iştirak etdi – Fotolar – Yenilənib
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12