Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Hacı Şahinin ailəsindən müraciət

Hacı Şahinin ailəsindən müraciət

Hacı Şahinin ailəsindən müraciət
2023-03-09 , 22:04

Hacı Şahin Həsənlinin məzarı üzərində abadlaşdırma işlərinə başlanılır. 

Yenilik.az xəbər verir ki, bununla bağlı mərhum ilahiyyatçının feysbuk səhifəsində paylaşım edilib.
Bu səbəbdən Hacı Şahinin ailəsi və Məşədi Dadaş məscidi dini icması adından xahiş olunur ki, işlər bitənə qədər ziyarət təxirə salınsın.
“Anlayışla qarşıladığınız üçün hər birinizə təşəkkür edirik” – paylaşımda qeyd olunur.
Qeyd edək ki, martın 2-də qəfil vəfat edən Hacı Şahinin məzarı indiyədək gecə və gündüz saatlarında kütləvi şəkildə ziyarət olunurdu.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.