Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Şəhid Gəray Məmmədovun adını daşıyan sinif otağının açılışı oldu-VIDEO

Şəhid Gəray Məmmədovun adını daşıyan sinif otağının açılışı oldu-VIDEO

Şəhid Gəray Məmmədovun adını daşıyan sinif otağının açılışı oldu-VIDEO
2023-12-29 , 15:30

Laçın rayon 5 saylı orta məktəbdə şəhid Gəray Məmmədovun adını daşıyan sinif otağının açılışı olub.


Yenilik.az xəbər verir ki, açılışda Milli Məclisin deputatları Emin Hacıyev və Müşfiq Məmmədli, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tərlan Hacızadə, Azərbaycan Yazıçılar Birliyinin Poeziya bölməsinin rəhbəri İbrahim İlyaslı, şəhidin döyüş yoldaşları, yaxınları, məktəbin müəllim kollektivi və şagirdlər iştirak ediblər.

Qeyd edilib ki, Gəray Məmmədov Birinci Qarabağ Müharibəsində Laçının Güləbird, Cicimli, Qazıdərəsi, Səfiyan, Fərəcan kəndlərinin müdafiəsi uğrunda gedən döyüş əməliyyatlarının hazırlanmasında və icrasında iştirak edib, düşmənin onlarla canlı qüvvəsini və hərbi texnikasını məhv edib.

27 avqust 1993-cü ildə Qubadlı rayonunun Xanlıq kəndi yaxınlığında gedən döyüşlərin birində düşmən gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olan G.Məmmədovun məzarı Sumqayıt şəhər Şəhidlər xiyabanındadır.

Azərbaycan Prezidenti İlham Əliyevin 10 iyul 2010-cu il sərəncamı ilə G.Məmmədov "İgidliyə görə" medalı ilə təltif edilib.

1997-ci ildən Güləbird kənd kitabxanası onun adını daşıyır.

Tədbirdə o da vurğulanıb ki, müzəffər ordumuz Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şəhidlərimizin qisasını döyüş meydanında alaraq, ölkəmizin ərazi bütövlüyü və suverenliyini təmin edib.



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.