Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Fitrə kimə düşür, kim verməlidir? - Şeyxin müavini danışdı 

Fitrə kimə düşür, kim verməlidir? - Şeyxin müavini danışdı 

Fitrə kimə düşür, kim verməlidir? - Şeyxin müavini danışdı 
2024-04-09 , 15:51

İslam dinində özünəməxsus yer tutan bayramlardan biri də Ramazan Bayramıdır. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. 30 günün sonunda Ramazan ayı fitrə zəkatı kimi vacib əməllə başa çatır. Oruc tutan və ya tuta bilməyən hər kəs üçün fitrə zəkatı vacibdir. Adətən, ailənin başçısı ailəsinin üzvlərinin sayına uyğun hesablayaraq fitrə zəkatı çıxarıb, imkansızlara və ehtiyac sahiblərinə verilməlidir. 

Fitrə zəkatı bayramı namazına qədər çıxarılmalıdır, çünki ondan sonra verilən zəkat adi sədəqə sayılır. Amma illər keçsə də, hər dəfə fitrə zəkatının kimlərin çıxarmalı olması və kimə fitrə zəkatı düşməsi barədə müzakirələr yaranır. 
Maraqlıdır görəsən, fitrə zəkatının miqdarı nə qədərdir? Kimlər fitrə verməlidir? Və kimlərə fitrə düşür?
Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev Lent.az-a açıqlamasında bildirib ki, Ramazan ayının sonunda bayram axşamından bir gün əvvəl insanlar fitrə çıxartmalıdır:
“Fitrə zəkatını buğda, un, xurma, kişmiş, düyü və qarğıdalı kimi məhsullarla, eləcə də pul şəkilində vermək olar. Belə ki, ailədəki hər bir üzvün adına 3 kilo fitrə zəkatı verilə bilər. Hər ailə üzvünə görə 5-10 manat fitrə çıxartmaq vacibdir. Daha çox pul şəklində verilməsi məsləhətlidir. Çünki kasıb imkansız insanlar bu pulla öz ehtiyaclarını ödəyə bilərlər. İnsanın maddi durumu yaxşıdırsa, minimum ərzaq pay verməklə kifayətlənməməlidirlər. Maddi durumu aşağı olan, təqaüdlə yaşayan, borcu olan və ailəsini dolandıra bilməyənlər fitrə verməyə bilər”.
Bu barədə insanları düşündürə digər bir məsələ fitrə zəkatının bank kartlarına köçürülməsidir. Ötən illərdən fərqli olaraq bu il bank kartlarından köçürülmə daha çox aktullaşıb. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev də açıqlamasında bildirib ki, şəxsin fitrə zəkatını vermək istədiyi ailə uzaqda yaşayırsa, müxtəlif mobil imkanlardan istifadə edərək kömək göstərə bilər:
“Özü şəhərdə, kömək etmək istədiyi kasıb ailə rayonda yaşayan şəxslər orada olan qohum-əqrəbasını, tanışını vəkil edə bilər. Yəni bank kartları vasitəsilə də fitrə zəkatını köçürmək mümkündür". 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.