Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Qızlarıma cehiz vermək üçün bağımı satdım"

"Qızlarıma cehiz vermək üçün bağımı satdım"

2024-04-23 , 16:10

Əməkdar artist Qorxmaz Əlili bağını satma səbəbini açıqlayıb.

Yenilik.az axşam.az-a istinadən xəbər verir ki, aktyor "Elgizlə izlə" verilişində qızlarına cehiz almaq üçün bunu etdiyini deyib:
"Bağım var idi... Qızlarımı köçürəndə onlar üçün cehiz almaq lazım idi. Məcburiyyətdən o bağı satdım. Dörd nəfərik, indi ikiotaqlı evdə yaşayırıq".
Q.Əlili aktyorlara ev verilməsi məsələsindən söz açıb:
"Jurnalistlərə evlər tikildi. Paxıl deyiləm. Heç olmasa biz incəsənət adamları üçün də evlər tikərdilər. Bir çox teatrlarımızda gənc, istedadlı lakin maddi vəziyyəti aşağı olan aktyorlar var. O evləri tikərdilər həmin gənclər də orada yaşayardılar. O aktyorların evlərə çox ehtiyacı var. Musiqiçilərimiz var ki, onlar çox böyük istedada malikdirlər. Amma məcburiyyətdən onlar biznes sahəsinə yönəliblər, sənət qalıb bir kənarda".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.