Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Məktəbi dərmanladılar, şagirdlər zəhərləndi - VİDEO

Məktəbi dərmanladılar, şagirdlər zəhərləndi - VİDEO

Məktəbi dərmanladılar, şagirdlər zəhərləndi - VİDEO
2024-09-24 , 16:02

Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbi bit, birə basıb.

Bu səbəbdən məktəbdə dərmanlama işləri aparılıb. Dərman səpiləndən sonra uşaqların əksəriyyəti zəhərləniblər.
Yenilik.az bakupost.az-a istinadla xəbər verir ki, bu barədə övladları sözügedən məktəbdə təhsil alan uşaqların valideynləri bildirib.
Övladı məktəbdə zəhərlənən valideyn deyib:
"Qızım sonuncu dərsdə iştirak edə bilməyib, halı pisləşib. Təbii ki,uşaqların halı pisləşər! 6-7 saat orda qalırlar. Qızımın səhhəti hələ düzəlməyib, boğulur, düzgün nəfəs ala bilmir".
Valideynlər bir məsələdən də şikayətçidirlər.
İddia edirlər ki, məktəbin direktoru Fatma Bayramova 1 həftədən çoxdur ki, bu vəziyyəti gizlədir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.