Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Altı məktəb direktoru İŞDƏN ÇIXARILDI - RƏSMİ

Altı məktəb direktoru İŞDƏN ÇIXARILDI - RƏSMİ

Altı məktəb direktoru İŞDƏN ÇIXARILDI - RƏSMİ
2024-09-25 , 15:48

Naxçıvan Muxtar Respublikasında (MR) altı məktəb direktoru vəzifədən azad olunub.

 
Yenilik.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov əmr imzalayıb.
 
Belə ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə deputat seçilən Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin direktoru Əli Abbasov, Şərur rayon Çomaxtur kənd tam orta məktəbinin direktoru Pərvin Nəcəfsoy, Şərur rayon Arbatan kənd tam orta məktəbinin direktoru Aynur Babayeva, Şərur şəhər 2 nömrəli tam orta məktəbin direktoru Sevil Hacıyeva, Kəngərli rayon Xıncab kənd tam orta məktəbinin direktoru Xəzəngül Orucova və Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbinin direktoru Gülxarə Tarverdiyeva, Ordubad rayon Unus kənd tam orta məktəbinin direktor müavini Ramil Nəbiyev vəzifələrindən azad olunublar.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.