Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Vətəndaş banka etibar edir, amma kartından pul çıxarılır" - Siyavuş Novruzov

"Vətəndaş banka etibar edir, amma kartından pul çıxarılır" - Siyavuş Novruzov

2024-09-30 , 23:05

Bələdiyyə üzvlüyünə namizədlə prezidentliyə namizəddən eyni sənədlərin tələb edilməsi düzgün deyil, bununla bağlı Seçki Məcəlləsinə dəyişikliklər edilməlidir.

 
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.
 
Siyavuş Novruzov vətəndaşların kartından pulların çıxarılması hallarının yayılmasına diqqət çəkib: “Texnologiyalardan istifadə edərək vətəndaşların pensiyalarının, pullarının bank kartalarından mənimsənilməsi narazılıq yaradır. Bunun qarşısı alınmalıdır. Vətəndaş banka etibar edir, kartından pul çıxarılır”.
 
O, bir söz, ifadə işlədən müəllimlərin üzərinə düşülməsini, işdən çıxarılmasını da düzgün saymayıb.
 
APA

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.