Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Polad Bülbüloğluna parlamentdə yeni vəzifə verilir

Polad Bülbüloğluna parlamentdə yeni vəzifə verilir

Polad Bülbüloğluna parlamentdə yeni vəzifə verilir
2024-10-08 , 12:42

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğluna parlamentdə yeni vəzifə verilir.

Yenilik.az  Modern.az-a istinadən xəbər verir ki, o, Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik edəcək.

Polad Bülbüloğlunun namizədliyi parlamentin bu gün keçiriləcək plenar iclasında müzakirə ediləcək.

Qeyd edək ki, Polad Bülbüloğlu 2006-2024-cü illərdə Azərbaycanın Rusiyadakı səfiri vəzifəsində çalışıb. O, 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən deputat seçilib.

Ötən çağırışda bu vəzifəni Nizami Səfərov tutub. O isə Azərbaycan - Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik edəcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.