Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə yoxlama başlanılıb - RƏSMİ

Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə yoxlama başlanılıb - RƏSMİ

Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə yoxlama başlanılıb - RƏSMİ
2025-01-10 , 15:25

Burun əməliyyatı etdirən 30 yaşlı Nəzrin Mansurovanın komaya düşməsi barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində (AEM) yoxlama başlanılıb.

 
Bu barədə AEM-dən bildirilib.
 
"Baş vermiş faktın araşdırılması ilə bağlı yoxlamanın başlanılması barədə göstəriş verilib. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən keçirilən yoxlama başa çatdıqdan sonra nəticəsi barədə məlumat veriləcək", - məlumatda qeyd olunub.
 
Qeyd edək ki, sosial şəbəkədə burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyata girən N.Mansurova sonradan komaya düşüb. İddia olunur ki, onun beyninə çirk yayılıb./Report

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.