Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Baku Electronics" barəsində tərtib olunan protokola baxılacaq tarix açıqlandı

"Baku Electronics" barəsində tərtib olunan protokola baxılacaq tarix açıqlandı

2025-01-17 , 16:27

"Baku Electronics" MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

 
Pravda.az-ın xəbərinə görə, sənədə Binəqədi Rayon Məhkəməsinin hakimi Aytəkin İbrahimovanın sədrliyi ilə yanvarın 24-də baxılacaq.
 
Xatırlatma: Protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.