Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Müəllimlərə mənzil verilə bilərmi? - Rəsmi AÇIQLAMA

Müəllimlərə mənzil verilə bilərmi? - Rəsmi AÇIQLAMA

Müəllimlərə mənzil verilə bilərmi? - Rəsmi AÇIQLAMA
2025-02-06 , 21:52

"Müəllimlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı hansısa bir təşəbbüs üzərində düşünmürük".

Yenilik.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bugünkü brifinqdə çıxışı zamanı deyib.
"Çünki müəllimlərin sayı çoxdur və bu, icra oluna bilən təşəbbüs olmalıdır. Biz sadəcə olaraq ucqar yerlərdə yaşayan müəllimlərimizə həvəsləndirmə tətbiq edirik. MİDA evlərində müəllimlərə güzəşt var və prioritet qrupdurlar. Biz nə mümkündürsə, edirik. Bizim hazırda belə bir layihəmiz yoxdur. Təhsil işçilərinin sayı 200 mindən çoxdur. İnanmıram ki, belə bir təşəbbüs göstərək və sonra onu doğru-dürüst icra edə bilək", - deyə o əlavə edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.