Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Novxanıda quyu sürücüləri ziyana salır

Novxanıda quyu sürücüləri ziyana salır

Novxanıda quyu sürücüləri ziyana salır
2026-01-08 , 16:06

Novxanı qəsəbəsində açıq quyu təhlükə yaradır.

Şikayətçilərin Sumqayit24.az-a verdiyi məlumata görə, Masazır gölündən Novxanıya gedən yolun kənarında yerləşən bu quyunun üzəri örtülmədiyi üçün bəzi avtomobillər ora düşür, nəticədə nəqliyyat vasitələrinə maddi ziyan dəyir.

Xüsusilə gecə saatlarında və zəif görünmə şəraitində açıq quyu demək olar ki, görünmür. Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumların operativ tədbir görməsini və ərazinin təhlükəsiz vəziyyətə gətirilməsini tələb edirlər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.