Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bağça müdirəsi yol hərəkəti qaydalarını heçə saydı: Övladının həyatını təhlükəyə atdı – VİDEO

Bağça müdirəsi yol hərəkəti qaydalarını heçə saydı: Övladının həyatını təhlükəyə atdı – VİDEO

Bağça müdirəsi yol hərəkəti qaydalarını heçə saydı: Övladının həyatını təhlükəyə atdı – VİDEO
2026-04-17 , 15:37

Abşeronda qadın sürücü yol hərəkəti qaydalarını heçə sayıb.

Yenilik.az oxu.az-a istinadən xəbər verir ki, avtomobili idarə edən xanım sözügedən qayda pozuntusunun videosunu öz sosial hesabında paylaşıb.
Bildirilir ki, görüntünü paylaşan İlahə Xudu qızı adlı şəxs özəl bağçalardan birinin müdirəsi və inkişaf mərkəzinin rəhbəridir.
Kadrlarda azyaşlı uşağın avtomobilin ön oturacağında əyləşdiyi görünür. Qanunvericiliyə görə, bu yaşda uşaqların ön oturacaqda oturmasına icazə verilmir.
Eyni zamanda, qadın sürücü təhlükəsizlik kəmərindən istifadə etməyib və hər iki əlini sükandan çəkib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.