Yenilik.Az
www.Yenilik.Az » Dünya » Məhkəmədən Trampı 83 milyon dollar ödəməyə məcbur edən qərar

Məhkəmədən Trampı 83 milyon dollar ödəməyə məcbur edən qərar

Məhkəmədən Trampı 83 milyon dollar ödəməyə məcbur edən qərar
2024-01-27 , 15:04

ABŞ-ın keçmiş prezidenti Donald Tramp yazıçı və köşə yazarı Elizabeth Cinn Carrolla böhtana görə 83 milyon dollardan çox təzminat ödəməlidir.


"NBC News" xəbər verir ki, kompensasiyaya yazıçının reputasiyasına dəyən ziyana görə 11 milyon dollar, mənəvi zərərə görə 7,3 milyon dollar və cəza təzminatına görə 65 milyon dollar daxildir.

Trampın özü hökmün elan olunmasını gözləməyərək, münsiflər heyəti hökm çıxarana qədər məhkəmə binasını tərk edib. Daha sonra o, Truth Social sosial şəbəkəsində münsiflər heyətinin qərarını “tamamilə gülünc” hesab etdiyini və ondan apellyasiya şikayəti vermək niyyətində olduğunu yazıb.

Kerol məhkəmə binasını tərk edərkən qərarı şərh etməyib. Bundan əvvəl o, artıq eks-prezidentdən təqib və böhtana görə 5 milyon dollar təzminat alıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.