“Trampı məğlub etmək üçün əlimdən gələni edəcəyəm”
Məlum olduğu kimi, seçki yarışından geri çəkilən ABŞ Prezidenti Co Bayden prezident seçkilərində vitse-prezident Kamala Harrisi dəstəklədiyini bəyan edib.
O, şəxsi hesablarında Amerika xalqı adından Co Baydenə Amerika Birləşmiş Ştatlarının Prezidenti kimi qeyri-adi rəhbərliyinə və ölkəyə onilliklər boyu xidmət etdiyinə görə təşəkkür edib: “Prezidentin dəstəyini almaqdan qürur duyuram və mənim niyyətim bu namizədliyə layiq olmaq, onu qazanmaqdır.
Donald Tramp və onun “Layihə-2025” gündəliyini məğlub etmək üçün Demokratlar Partiyasını və millətimizi birləşdirmək üçün əlimdən gələn hər şeyi edəcəyəm”.
Daha sonra Harris ianə toplamaq məqsədilə onu dəstəkləyənlər üçün link yerləşdirib.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-nə təyin edilib.
OXŞAR XƏBƏRLƏR