Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Sumqayıtda güclü yanğın BAŞLADI

Sumqayıtda güclü yanğın BAŞLADI

Sumqayıtda güclü yanğın BAŞLADI
2023-12-28 , 18:02

Sumqayıtda yanğın baş verib.

 
FHN-in "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Bakı-Quba-Rusiya Federasiyası yolunun kənarındakı plastik qablar, məişət və taxta tullantılarının yerləşdiyi ərazidə yanğın olması barədə məlumat daxil olub.
 
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda havanın güclü küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğınsöndürənlər tərəfindən yanğının söndürülməsi əməliyyatı davam etdirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.