Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Cəlilabadda silsilə oğurluq edən şəxs saxlanılıb

Cəlilabadda silsilə oğurluq edən şəxs saxlanılıb

Cəlilabadda silsilə oğurluq edən şəxs saxlanılıb
2023-05-06 , 11:14

Cəlilabadda bir həftə ərzində 3 mağaza və bir aptekdən oğurluq edən şəxs saxlanılıb.

Yenilik.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad şəhəri ərazisində yerləşən apteklərdən birindən 3360 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Səyad Həmidov müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun bir neçə gün ərzində əlavə olaraq 3 mağazadan da müxtəlif məbləğlərdə pul, danışıq kartları, tütün məmulatları və digər əşyalar oğurladığı müəyyən edilib.
Məhkəmənin qərarı ilə S.Həmidov barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.