Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Niyaməddin Musayev: "Dilarə Kazımova və Nigar Camala deyim ki, niyə belə geyinirsiniz?"

Niyaməddin Musayev: "Dilarə Kazımova və Nigar Camala deyim ki, niyə belə geyinirsiniz?"

Niyaməddin Musayev: 
2025-01-07 , 17:37

Xalq artisti Niyammədin Musayev “İcitmai TV”də qonaq olduğu “Cümə axşamı” verilişindəki görüntüləri ilə gündəmə gəlib.


Belə ki, verilişdə Xalq artisti ilə birgə qonaq olan tanınmış müğənnilər Dilarə Kazımova və Nigar Camalın geyimi, onların Niyaməddin Musayevin ətrafında bu geyimdə əyləşmələri etirazlara səbəb olub.

Tənqid edilən Xalq artisti Niyaməddin Musayev Pravda.az-a bu barədə açıqlama verib.

O bildirib ki, hər kəsin öz geyim tərzi var:

“Əvvəla, məni verilişə “İctimai” televiziya dəvət edib. “İctimai TV” normal kanaldır. Mən nə bilim ki, onlar nə geyinəcəklər? Verilişdir, dəvət edirlər, gedirəm. Bəzən görürsən ki, ətrafımda elə adamlar olur... Mən deyim ki, verilişə kim gələcək? Belə sual vermək düzgün deyil axı. Nə bilim, gələn adam nə geyinəcək? Bu, onun öz mədəniyyətinə, şəxsiyyətinə baxır. Hər kəsin özünə məxsus geyimi var. Dilarə Kazımova və Nigar Camal çox gözəl ifa etdilər. Qulaq asdım, ifa tərzləri normaldır. Müasir geyinirlər, bu haqda nə deyə bilərəm? Deyim ki, niyə belə geyinirsiniz? Belə şey düzgün deyil. Gərək, insanın özü öz geyimini seçsin”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.