Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Beynəlxalq ekspertlərin iştirakı ilə Mediasiya proseslərinin avtomatlaşdırılması üzrə növbəti müzakirə keçirilib

Beynəlxalq ekspertlərin iştirakı ilə Mediasiya proseslərinin avtomatlaşdırılması üzrə növbəti müzakirə keçirilib

Beynəlxalq ekspertlərin iştirakı ilə Mediasiya proseslərinin avtomatlaşdırılması üzrə növbəti müzakirə keçirilib
2024-01-10 , 17:02

“Azərbaycanda mediasiyanın təşviqi” layihəsi çərçivəsində 9 yanvar 2024-cü il tarixində Avropa İttifaqı və Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramı III (PGG III) təşkilatçılığı ilə görüş keçirilib. Görüş “Azərbaycanda mediasiya sistemində məlumatların toplanmasının və rəqəmsallaşdırmanın qiymətləndirilməsinə dair hesabat”ın təqdimatı və müzakirəsi məqsədilə videokonfrans formatında həyata keçirilib.
Görüşdə Avropa Şurasının nümayəndəsi, layihə koordinatoru Leonid Antohi, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə xidmətləri baş idarəsinin nümayəndəsi Leyla Bərxudarova Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Beynəlxalq yardım və əməkdaşlıq üzrə məsul şəxsi xanım Məryəm Hacı-İsmayılova salamlama nitqi ilə çıxış edib.

Rumıniya və Litvadan olan CEPEJ ekspertləri statistik məlumatlardan istifadə etməklə mediasiya sistemində monitorinq və qiymətləndirmə, eyni zamanda mediasiya sisteminin, xüsusilə işlərin idarə edilməsinin rəqəmsallaşdırılması mövzusunda müzakirələr aparıb və bu mövzularda Azərbaycanda bu sahənin gələcək inkişafı üçün tövsiyələrini bildiriblər. Ekspertlər Mediasiya Şurası tərəfindən üzərində tamamlanma işləri gedən e-mediasiya platforması barədə yüksək fikirlərini bildirib və qeyd ediblər ki, bu proseslər mediasiya xidmətlərinin keyfiyyətinə çox ciddi təsir edəcək. N. Adilov qeyd edib ki, yaxın zamanlarda e-mediasiya platformasının test rejimində sınaq mərhələsinə başlanılacaq. Çıxış edən beynəlxalq ekspertlər, Rumıniyadan Konstantin Adi Qavrila, Litvadan Rimantas Simaitis dünya üçün rəqəmsal və avtomatlaşdırılmış mediasiya proseslərinin özünün yeni olduğunu və uğurlu Azərbaycan təcrübəsinin fəaliyyətə başladıqdan sonra beynəlxalq platforma üçün də keçərli olacağını diqqətə çatdırıblar.
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.