Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Təcili yardım xidməti ödənişli olacaq? - Açıqlama

Təcili yardım xidməti ödənişli olacaq? - Açıqlama

Təcili yardım xidməti ödənişli olacaq? - Açıqlama
2024-10-17 , 16:55

“Azərbaycanda təcili yardım xidməti ödənişli əsaslarla göstərilmir”.

Yenilik.az xəbər verir ki, bunu Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsinə dair brifinqdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib.
Onun sözlərinə görə, yaxın gələcəkdə də əhaliyə dövlət tərəfindən göstərilən təcili tibbi yardımın ödənişli olması düşünülmür: “Bu gün üçün əsas hədəfimiz tibbi yardımın əhaliyə əlçatanlığını təmin etməkdir. Hazırda ödənişli təcili tibbi yardım xidməti məsələsi gündəmdə yoxdur”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.