Yenilik.Az
www.Yenilik.Az » Təhsil » "Gülməli, bəlkə də ağlamalı vəziyyətdir" - Məleykə Abbaszadə

"Gülməli, bəlkə də ağlamalı vəziyyətdir" - Məleykə Abbaszadə

2026-05-06 , 22:36

Bəzən təəssüf ki, abituriyentlər ixtisas seçimində öz maraq və qabiliyyətlərini deyil, başqalarının təsiri ilə dəbdə olan ixtisasları seçirlər. 

Musavat.com xəbər verir ki, bunu "ASAN Radio"ya açıqlamasında DİM sədri  Məleykə Abbaszadə deyib. 
Onun sözlərinə görə, gülməli, bəlkə də ağlamalı vəziyyətdir ki, riyaziyyat üzrə ilkin imtahanda aşağı nəticə göstərənlər belə birinci ixtisas qrupunu seçirlər. Çox güman ki, bunun səbəbi həmin qrupda plan yerlərinin çox olması və qəbul ehtimalının daha yüksək görünməsidir.
Lakin ixtisas seçimi zamanı yalnız bugünkü vəziyyəti deyil, əmək bazarının 4-5 ildən sonrakı perspektivini də nəzərə almaq vacibdir. Əmək bazarı sürətlə dəyişir və yaxın gələcəkdə bəzi sahələrdə insan əməyini süni intellekt əvəz edəcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.