Fəzail Ağamalı qızının deputatlığa namizədliyindən DANIŞDI

Məlum olduğu kimi, Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı budəfəki parlament seçkilərinə qatılmamaq qərarına gəlib. O, seçkilərə qatılmasa da, ötən seçkidə deputat seçildiyi 65 saylı Salyan-Biləsuvar-Neftçala dairəsindən qızı Günay Ağamalının namizədliyi irəli sürülüb.
O, əməkdaşımızın sualına qısa cavab verib:
“Bu mövzunu özüm üçün qapatmışam. Mən bu sualınıza cavab verməyəcəm. Sizə və bütün mediaya dərin hörmətimi ifadə edərək bildirirəm ki, bu mövzuya münasibət bildirmək istəmirəm”.
OXŞAR XƏBƏRLƏR