Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Zeyd” restoranı Bakının mərkəzində səkini belə zəbt edib-FOTOLAR

“Zeyd” restoranı Bakının mərkəzində səkini belə zəbt edib-FOTOLAR

“Zeyd” restoranı Bakının mərkəzində səkini belə zəbt edib-FOTOLAR
2025-02-27 , 20:01

“Zeyd” restoranı səkinin əsas hissəsini zəbt edib.

Musavat.com xəbər verir ki, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Zeyd” restoranı piyadalar üçün nəzərə tutulan səkinin böyük hissəsini zəbt edib.
Bu, həm piyadaların hərəkətində çətinlik yaradır, həm də ərazidə yaşayan sakinlərin narazılığına səbəb olur.
Yay aylarında müştəri sayı çox olduğundan hərəkət daha da çətinləşir. Bir sözlə, yola davam edən piyadalar restoranın içərisindən keçməli olur.
Sakinlər bildirir ki, səkini zəbt edən restoran çöldəki fəaliyyətini əsasən isti aylarda bərpa edirmiş. İndi isə əlavə şüşə arakəsmələr gətirilib və restoranın səkidə olan qanunsuz hissəsində əlavə işlər görülür ki, indi də fəaliyyət göstərə bilsinlər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.