Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ülviyyə Ağazadə məhkəməni uduzdu – Pasiyentə 31 min manat ödəyəcək

Ülviyyə Ağazadə məhkəməni uduzdu – Pasiyentə 31 min manat ödəyəcək

Ülviyyə Ağazadə məhkəməni uduzdu – Pasiyentə 31 min manat ödəyəcək
2026-03-11 , 16:37

Tanınmış plastik-cərrah Ülviyyə Ağazadə “Azər-Türk Med”də gerçəkləşən əməliyyat zamanı sağlamlığına zərər vurduğu pasiyentinə 31 718 manat təzminat ödəyəcək.

Yenilik.az xəbər verir ki, bununla bağlı məhkəmə qətnamə qəbul edib.
Məlum olub ki, Ülviyyə Ağazadə tərəfindən icra olunan əməliyyatdan sonra xəstənin vəziyyəti ağırlaşıb və o, “Azər-Türk Med”dən başqa bir özəl klinikaya köçürülüb. Qadın buradakı müalicəsinə 27 000 manat civarında pul xərcləyib.
İş materiallarında pasiyent üzərində icra edilmiş abdominoplastika, bel, çanaq nahiyəsinin liposaksiyası, qasıq hissəsinin liposaksiyası cərrahiyyə əməliyyatının taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmədiyi qeyd olunub.
Milli.Az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.