Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Samux sakinləri narkotiklə tutuldular

Samux sakinləri narkotiklə tutuldular

Samux sakinləri narkotiklə tutuldular
2023-03-27 , 10:36

Samuxda sakinlərində narkotik aşkarlanıb.
Yenilik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli  Elmir Yolçuyev, İlkin Allahverdiyev və Osman Mərdənov  saxlanılıb.
Şübhəli şəxslərin üzərilərinə baxış keçirilən zaman onlardan metamfetamin aşkarlanaraq götürülüb. Götürülən maddi sübutlar müvafiq ekspertizaya göndərilib, hər 3 şəxs barəsində Samux Rayon Polis Şöbəsində cinayəti işi başlanıb,araşdırmalar davam etdirilir
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Elmir Yolçuyev dindirilmə zamanı narkotik vasitəni iranlı narkotacirdən aldığını bildirib. O qeyd edib ki, dözülməz ağrılardan əziyyət çəkdiyi üçün çıxış yolunu həkimə getməkdə deyil, narkotik vasitəni qəbul etməkdə görüb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.