Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Niyə beş manatlıq mahnılar trend olur, kim edir bunu?" - Nura Suri

"Niyə beş manatlıq mahnılar trend olur, kim edir bunu?" - Nura Suri

2024-04-06 , 16:59

"Neçə vaxtdır düşünürəm ki, cəmiyyətimiz niyə belə zövqsüzləşdi? Necə oldu ki, çox sürətlə komplekslərlə dolu insanların sayı artdı?"

 
Bu sözləri sosial media hesabında müğənni Nura Suri qeyd edib.
 
"İnsanlar özlərindən daha ağıllı insanlara həsəd aparmaq yerinə, onları təhqir etməyi tərcih etdi. Özlərindən daha gözəl və zövqlü olanlara nifrət etməyə başladı.
 
Səbəbini tapmaq istəyirəm. Bu sualların içində itirəm. Zövqsüzləri təbliğ edib, onların fonunda daha yaxşı görünəcəklər deyəmi? Tərbiyəsizləri, şərəfsizləri təbliğ edərək özləri daha ləyaqətli görünəcəklərmi?
 
Pisləri tənqid edə-edə, yaxşıları görməzdən gəlməklə nə əldə edilir, axı? Niyə maraqlı insanların müsahibələri yalnız "yutub" kanalındadır, efirdə yox?
 
Niyə beş manatlıq mahnılar trend olur, kim edir bunu? Nə məqsədlə olunur bunlar? Niyə bizdə “Kırmızı oda” səviyyəsində seriallar çəkilmir?" - deyə sənətçi etirazını bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.