Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Zamiqdən növbəti romantik ab-havalı klip - "Dərya"

Zamiqdən növbəti romantik ab-havalı klip - "Dərya"

Zamiqdən növbəti romantik ab-havalı klip -
2024-07-30 , 02:59

Müğənni Zamiq Hüseynov aylar sonra yeni klipini təqdim edib.

“İki sahil” xəbər verir ki,  iyul ayının son günlərində işıq üzü görən iş, olduqca maraqla qarşılanıb.
Zamiq ənənəsi üzrə, elə öz ruhuna yaxın retro, xüsusən də romantik ab-havalı tərzindən bu dəfə də geri qalmayıb. "Dərya" adlı yeni mahnıya çəkilən ekran işi ritmik notları, həmçinin sevgi göndərmələri ilə diqqət çəkib. Klip sadə süjet xətti ilə seçilir. Eşq, səhra, yağış Zamiqin bu layihəsini də tutarlı edib. Onu da qeyd edək ki, bəstənin müəllifləri Tural Bağırzadə və FTB-dir. Klipin rejissorluğu Samirə Xasməmmədovaya həvalə olunub. Hüseynovun stili və "make - up"ı, ərzində Elnur Həsənov çalışıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.