"Oxuya bilmir də, ancaq fonoqramla ..." - Talıb hər şeyi AÇIQLADI
"Elə hallar var ki, məcbur olub fonoqram verməliyik. Çünki yarım saatlıq gedirik, biz restorana daxil olan kimi musiqiçilər durub gedirlər siqaret çəkməyə, istirahət etməyə. Heç kim olmur səhnədə, canlı musiqi də ifa etməyə görürsən başqa ansamblın musiqiçiləri ilə biraz çətin olur. Belə olan halda da səslənmədə problem olur, məcburiyyət qarşısında qalırıq.
O, getdikləri toyda fonoqram-canlı məsələsini öncədən ev yiyəsi ilə danışdıqlarını bildirib:
"Biri var sırf fonoqram oxuyan müğənni, - oxuya bilmir də, ancaq fonoqramla... Biri də var ki, müğənni canlı da oxuyur, oxuya biləndir. Sadəcə olaraq vəziyyətə uyğun, o cür davranır. Bizlə toy danışılanda öncədən deyirik ki, bu qiymətə gəlirik, yarım saatlıq fanoqramla çıxış edirik. Öncədən soruşuruq ki, toyu aparan kimdir, kimin ansambuludur, orada aparatura kimindir, aparaturaya baxan kimdir, - bu məsələləri danışırıq".
"Elə də olur ki, yarım saatlıq, 1 saatlıq gedəndə də canlı ifaya gedirik, əlavə 3-4 nəfər musiqiçi aparırıq. Bütün bunlar danışıqdan asılıdır. Biraz mübahisəli mövzulardır", - deyə Talıb Tale qeyd edib.
Qeyd edək ki, müğənni Kərim iki gün öncə toyda döyülüb. Hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş verib. Toyda baş verən insidentdə iştirak edən bir neçə nəfəri polis saxlayıb. Yayılan məlumata görə, müğənninin döyülməsi hadisəsi Kərim Abbasovun mahnıları fonoqram ifa etdiyi üçün baş verib. Belə ki, bu, məclis sahibinin narazılığına səbəb olub və bundan sonra tərəflər arasında mübahisə baş verib.
OXŞAR XƏBƏRLƏR