Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Dəfnimə kimsə gəlməsin" - Bülənt Ərsoy

"Dəfnimə kimsə gəlməsin" - Bülənt Ərsoy

2024-09-30 , 23:17

Son günlər Türkiyədə məşhurların həmkarlarının dəfn mərasiminə qatılmaması müzakirə mövzusuna çevrilib.

Müğənni Bülənt Ərsoy məsələyə münasibət bildirib. Özü də vida dəfn mərasimlərinə qatılmayan ifaçı bu fikirləri səsləndirib:
"Vəfasızlıq təkcə dəfn mərasimlərində olmur. Bu, dünyada nəfəs aldığımız müddətcə var. Dəfnimə kiminsə gəlib-gəlməmiyini vecimə də almıram. Dəfnimə kiminsə gəlməyini də istəmirəm. Özüm tək başına gedərəm".
Qeyd edək ki, son olaraq mərhum aktrisa Ahu Tuğba ilə vida mərasimdə həmkarlarının iştirak etməməsi müzakirə yaratmışdı. (Axşam.az)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.