"Həmkarlar İttifaqı" müəllimlərin hüquqlarını nəinki qorumur, hətta, əmək haqqlarını göyə sovurur"- Təhsil eksperti

"Çox təəssüflər olsun ki, bizdə müəllimlərin "Həmkarlar İttifaqı"-na üzvlük ərizələri belə, yoxdur. Müəllimlərin üzvlükləri yalnız onların əmək haqqlarından tutulma ilə müəyyən edilir".
E.Qafarovun sözlərinə görə, "Həmkarlar İttifaqı" işçilərin hüquqlarını qorumur, əksinə, onları aldadır, və əmək haqqlarından tutulan hissələri mənimsəyir: "Qurumun maddi yardım etməsi məsələsinə gəlincə, mənim bildiyim qədərilə, təşkilatın yığılan üzvlük haqqlarının 50 faizi ittifaqa yönəldilir. Digər 50 faiz isə, ehtiyacı olan şəxslərə, "Həmkarlar İttifaqı"-nın üzvlərinə, il ərzində bir dəfədən çox olmayaraq, maddi yardım şəklində göstərilə bilər. Bu yardım müxtəlif 30, 40, 50 və s. kimi məbləğləri ehtiva edə bilər. Bu isə qalan 50 faiz büdcənin nə qədər təşkil etməyindən, və yardım olunacaq şəxslərin sayından asılıdır. Əfsuslar olsun ki, bizdə "Həmkarlar İttifaqı" işçilərin hüquqlarını deyil, daha çox işçilərdən tutulan tutulmalar, bir də istirahət mərkəzlərinə göndərişlərin biznesiylə məşğuldur. Təəssüf doğuran hallardan biri də ayrı-ayrı istirahət mərkəzləriylə bağlanmış müqavilələr əsasında, şəxs özü göndərişlə istirahət mərkəzinə gedəndə göndərişdə qeyd olunmuş qiymətdən ən azı, 3 dəfə yüksək qiymətlə rastlaşmasıdır. Beləliklə, işçilərin əmək haqqlarından tutulan pullar belə tərzdə göyə sovurulur."
Ekspert əlavə edib ki, "Reallıq bundan ibarətdir ki, istər məktəblərdə olan, rayonlarda fəaliyyət göstərən, istərsə də, "Həmkarlar İttifaqı"-nın mərkəz bölümü işçilərin hüquqlarıyla bağlı hər hansı addım atmır. Məsələn, müəllim "Əmək Məcəlləsi"-nin 70-ci maddəsinin "ç", və həmin maddənin "b" bəndiylə işindən ixtisar olunanda "Əmək Məcəlləsi"-nin 80-ci maddəsində bu, yerli "Həmkarlar İttifaqı"-nın razılışdırılaraq həyata keçirilməli olduğu bildirilir. Təcrübə göstərir ki, yerli orqan bu məsələni müzakirə etmək və işçinin hüquqlarını müdafiə etməkdən daha çox işəgötürənin kölgəsi olurlar. İşəgötürənin tapşırığına əsasən, işçinin əleyhinə olaraq onunla bağlı əmək müqaviləsinə xitam verilməsinə etiraz etməmələriylə bağlı qərar verirlər. Onların əsas vəzifəsi işçinin hüquqlarını müdafiə etməkdir. Yəni bu ittifaqın mahiyyəti də budur. İşçilərin öz hüquqlarını müdafiə üçün könüllü olaraq birləşdiyi qurumdur. Onlar isə bunu etmədiklərindən, bu qurumun fəaliyyətindən narazılıqlar çoxdur. Ona görə də işçilər ərizə yazaraq, üzvlükdən imtina etməyə üstünlük verirlər. Bu da nıticə etibariylə, "Həmkarlar İttifaqı"-nın etimadsızlıq, fəaliyyətsizlik və müəllimlərin əmək haqqlarının tutulmalarının talanması səbəbiylədir".
İmamət İsmayıl Ədilbəyli
OXŞAR XƏBƏRLƏR